Kaliforniyada qasırğa 14 nəfərin həyatına son qoyub

Kaliforniyada qasırğa 14 nəfərin həyatına son qoyub

11 Yanvar 2023 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Kaliforniyada qasırğa 14 nəfərin həyatına son qoyub, Montecito sahil bölgəsində sel suları beş yaşlı uşağı aparıb. Bildirilir ki, uşaq anası ilə məktəbə gedərkən maşında olub, avtomobili su basıb. Yoldan keçənlər ananı maşınından çıxarsalar da, uşağı maşından çıxara bilməyiblər. Daha sonra xilasedicilər onun çəkməsini tapıblar, oğlanı yeddi saat axtarıblar. Sonra həyatları üçün böyük təhlükə olduğundan dalğıclar geri çağırılıblar.

Oxuməni.az xəbər verir ki, ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, 12 saat ərzində bölgəyə 20 sm-ə qədər yağış yağıb. On minlərlə ev və 100 min insan işıqsız qalıb.

ABŞ prezidenti Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Sakinlər təcili təxliyə edilir və fövqəladə hallar xidmətləri “dərhal çıxın!” əmrini veriblər.

Qubernator Gavin Nevsom, mətbuat konfransında danışaraq deyib ki " Hələ daha çətin vəziyyətə düşəcəyimizi gözləyirik. Taleyinizi sınağa çəkməyin”.

Montecito Santa Barbara yaxınlığında yerləşir və burada bir çox məşhurlar, o cümlədən Şahzadə Harri və həyat yoldaşı Meqan, həmçinin məşhur teleaparıcı Oprah Uinfri yaşayırlar.

"Ehtiyat" adlı xatirə kitabı çap olunan Şahzadə Harrinin ailəsinin Montecitoda qalıb-qalmadığı bəlli deyil.

Milli Okean və Atmosfer Administrasiyasının məlumatına görə, Kaliforniyalıların təxminən 90%-i, ABŞ-ın ən sıx məskunlaşdığı ştatında 34 milyona yaxın insan daşqın riski altındadırlar. Ərazini tərk edə bilməyənlərə evin dərinliklərində bir otaqda gizlənmələri və ya mümkün qədər yüksəklərə qalxmaları tapşırılıb.

Hazırkı tufan və Montecito sakinlərinin təxliyəsi, 23 nəfərin ölümünə və 100-dən çox evin dağılmasına səbəb olan sürüşmənin beşinci ildönümünə təsadüf edir.

Meteoroloqlar siklonun daha da güclənəcəyi barədə xəbərdarlıq edirlər. Şiddətli hava şəraiti, daşmış çayları, leysan yağışları, ağacları və elektrik xətlərini dağıdan küləklər, Kaliforniya dağlarında güclü qar yağması ilə nəticələnəcəyi gözlənilir.

E. Axund, Oxuməni.az