Təyyarədə yanğın baş verib

Təyyarədə yanğın baş verib

12 Yanvar 2023 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Tayvanın paytaxtı Taybeydəki Taoyuan Beynəlxalq Hava Limanında havaya qalxmağa hazırlaşan sərnişin təyyarəsində qorxu anlar yaşanıb. Sinqapura uçan Scoot Airlines sərnişin təyyarəsində portativ şarj cihazı yanıb. Alov böyüdükcə kabinəni tüstü bürüyüb. Hadisə zamanı yanğını söndürməyə çalışan şarj cihazının sahibi və dostu yüngül xəsarət alıb. Sərnişinlərin böyük təşviş içində olduğu anlarda alova təyyarə heyəti müdaxilə edib. Havaya qalxmağa hazırlaşan təyyarə yenidən park rejiminə geri dönüb. Scoot Airlines-ın hadisə ilə bağlı verdiyi açıqlamada qəza nəticəsində 2 sərnişinin yüngül xəsarət aldığı, digər sərnişin və işçilərin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Murad Şahməmmədov