Bakıda bədbəxt hadisə baş verib

Bakıda bədbəxt hadisə baş verib

15 Yanvar 2023 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda 16 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Oxuməni.az xəbər verir ki, 2007-ci il təvəllüdlü İsmayılova Dünya Eldəniz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qasıq sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.