Nepalda son 30 ilin ən böyük təyyarə qəzası baş verib

Nepalda son 30 ilin ən böyük təyyarə qəzası baş verib

15 Yanvar 2023 20:37
Bəyəndim (0) Bəyənmədim (0)

Nepalda son 30 ilin ən böyük təyyarə qəzası baş verib.

Oxuməni.az xəbər verir ki, Poxara şəhəri yaxınlığında ATR-72 turbovintli təyyarə qəzaya uğrayıb. Təyyarədə 68 sərnişin və dörd ekipaj üzvü olub. Xilasedicilərin ilkin məlumatlarına görə, qəzada onların hamısı həlak olub. Lakin yerli bələdiyyə administrasiyası xəbər verir ki, qəzada bir neçə sağ qalan var və onlar xəstəxanaya aparılıblar.

Qəza təxminən paytaxtdan 200 km aralıda baş verib. Katmandudan Poxaraya uçan Yeti Hava Yollarına məxsus təyyarə eniş zamanı qəzaya uğrayıb. Nepalın baş naziri Puşpa Kamal Dahal axtarış-xilasetmə əməliyyatı üçün bütün qüvvələrin səfərbər edilməsi barədə göstəriş verib. Şəhərin turistlər tərəfindən məşhur olan beynəlxalq hava limanı bağlanıb.

Milli Mülki Aviasiya Agentliyinin məlumatına görə, sərnişinlər arasında 4-ü rus olmaqla 15 əcnəbi olub. Rusiya səfirliyi onların ölümünü rəsmən təsdiqləyib.

E.Axund, Oxuməni.az