Yeni Zelandiyada da əsrin fəlakəti yaşandı: Güclü zəlzələ, sel, qasırğa...Video

Yeni Zelandiyada da əsrin fəlakəti yaşandı: Güclü zəlzələ, sel, qasırğa...Video

16 Fevral 2023 23:44
Bəyəndim (0) Bəyənmədim (0)

“Yeni Zelandiyada baş verən siklon son 100 ilin ən güclü fəlakətidir”.

Bu barədə hökumət başçısı Kris Hipkins ölkəni cənginə alan “Qabriel” siklonu və ardınca gələn fəlakətlərlə bağlı bildirib.

Qeyd edək ki, qasırğa zamanı dalğalar 11 metrə qədər yüksəlib, əraziləri sel basıb, çoxlu sayda torpaq sürüşmələri qeydə alınıb, infrastruktura ciddi ziyan dəyib, ucqar ərazilərin xarici aləmlə əlaqəsi kəsilib.

Bundan başqa, dünən axşam saatlarında sakinlər 6 bal gücündə yeraltı təkanlar hiss ediblər.

Güclü qasırğa səbəbindən ilkin məlumatlara görə, azı beş nəfər həlak olub - biri uşaqdır. Həmçinin itkin düşənlər var.