İtkin düşən kişinin meyiti 
timsahın qarnından çıxdı

İtkin düşən kişinin meyiti  timsahın qarnından çıxdı

3 May 2023 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Kevin Darmody adlı şəxs Şimali Kvinslenddə duzlu su timsahlarının sıx məskunlaşdığı bir ərazidə balıq tuturdu. O, həmin əraziyə daimi olaraq balıq tutmağa gedirdi. Kevin Darmody sonuncu dəfə həmişəki qaydada, həmin yerə balıq ovuna getmiş və geri qayıtmamışdır. Polislər ərazidə iki gün axtarış etdikdən sonra, hadisə zamanı Darmodinin yaxınlığında olan bir balıqçı yalnız qışqırıq və suya düşmə səsi eşitdiyini bildirib. Elə bu şübhə ilə polislər axtarış işlərinin cəmləşdiyi ərazidə 4,1 və 2,8 metr uzunluğunda iki böyük timsah güllələyiblər.

Öldürülən timsahlardan birinin qarnında insan hissələri tapılıb. 65 yaşlı Darmodinin təcrübəli balıqçı olduğu bildirilsə də görünür diqqətsiz davranıb.

Kevin Darmodinin bədən üzvləri timsahın mədəsindən çıxarılıb. Lakin vəhşi təbiət mütəxəssisləri Darmodinin bu iki heyvan tərəfindən birlikdə öldürüldüyünü düşünürlər.

Darmodinin ölümü 1985-ci ildən bəri timsahların hücümü nəticəsində qeydə alınan 13-cü oxşar ölüm hadisəsidir.

Murad Şahməmmədov