Göydən  ölü quşlar yağır

Göydən ölü quşlar yağır

5 May 2023 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərədə çəkilən və sosial şəbəkədə paylaşılan görüntülər böyük narahatlıq yaradıb. "Təəssüflər olsun ki, bölgədə quş qripinin təsirini artırdığını görürük. Son 5 gündə ən azı 38 ölü quş tapılıb", deyə məlumatda bildirilir.

İngiltərənin Cənubi Derbişir bölgəsindəki Swandlincote şəhərində çəkilən görüntülər narahatlıq yaradıb. İngiltərənin təbii gözəlliklərindən biri kimi tanınan bölgənin təbiət fəalları və rəsmiləri son vaxtlar çox sayda quşun göydən düşərək tələf olduğunu açıqlayıb.

Linjoy Vəhşi Təbiəti Xilasetmə Dərnəyinin alimləri və mütəxəssisləri son vaxtlar bölgədə bir çox quşun ölü tapıldığını açıqlayıblar. Səlahiyyətlilər mümkün quş qripi ilə qarşı-qarşıya olduqlarını bildirərkən, ətraf mühit fəalları "Göydən qağayıların düşdüyünə dair çoxlu xəbər və məlumatlar var. Bir müddətdir bölgəni izləyirik" deyə məlumat verib.

“Quş qripi öz effektini artırır”

"Əslində rayonda quş qripinin təsirinin artdığını görürük. Son 5 gündə ən azı 38 quşun cəsədi tapılıb", - deyə nəzarətçilər bildirir. Səlahiyyətlilər quşların quruya düşdüyünü və virusun digər quşların istirahət etdikləri ərazinin yaxınlığında yayıldığını bildirib. “Rayonda yaşayan digər məməlilər də xəstə quşlar virusu qidadan yayır”, - deyə bildirilir.

Oxuməni.az