Mətbəxin ortasında bomba kimi partladı

Mətbəxin ortasında bomba kimi partladı

19 May 2023 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Son illərdə ən çox istifadə edilən nəqliyyat vasitələrindən biri olan elektrik skuterləri ilə bağlı qəzalar artmağa başlayıb. İngiltərə mətbuatında əks olunan xəbərlərdə elektrikli skuterin qəzası az qala ölümlə nəticələnəcəkdi. Dünyada tez-tez istifadə edilən nəqliyyat vasitəsinə çevrilən elektrik skuterlər nəqliyyat asanlığını təmin etsə də, qəzalara da səbəb olur. İngiltərənin paytaxtı Londonun Brent səmtindəki evlərdən birinin mətbəxində şarj cihazına qoşulmuş elektrik skuteri partlayıb. Təhlükəsizlik kamerasına əks olunan anlarda partlayışla birlikdə mətbəxin alovlandığı, qatı tüstünün evi bürüdüyü görülüb.

Baş verən hadisədən sonra alova müdaxilə etməyə çalışan skuterin sahibi mühafizəçi Dell Williams tüstüdən təsirlənərək xəstəxanaya aparılıb.

London yanğınsöndürmə briqadası bildirib ki, bu il paytaxtda 48 e-velosiped və 12 e-skuter yanğını baş verib. Belə yanğınların adi hala çevrildiyini qeyd edən London yanğınsöndürmə briqadası alınan belə nəqliyyat vasitələrinin təhlükəsizlik standartlarına uyğun olub-olmadığını yoxlamaq üçün xəbərdarlıq insanlara edib.

Murad Şahməmmədov