Polis ağlını itirmiş 95  yaşlı qoca qadını öldürdü

Polis ağlını itirmiş 95  yaşlı qoca qadını öldürdü

26 May 2023 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya polisi 95 yaşlı qadını səs tapançası ilə yaralayıb. Gicəlləndirici tapança ilə iki dəfə vurulan yaşlı qadın dünyasını dəyişib.

Avstraliya polisi əlində bıçaq olduğu üçün 95 yaşlı demensiya xəstəsi Clare Nowlandı iki dəfə səs tapançası ilə vuraraq yaraladıqdan sonra yaşlı qadının bu gün xəstəxanada öldüyü açıqlanıb.

Polis bildirib ki, Nowlandı yaralayan 33 yaşlı yüksək rütbəli polis məmuru ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaq, bədənə faktiki xəsarət yetirməklə hücum və xırda hücum ittihamı ilə məhkəmə qarşısına çıxacaq. Hadisə zamanı kəllə sümüyü çatlayan və reanimasiya şöbəsində müalicə olunan Nowlandın xəstəxanada dünyasını dəyişdiyi açıqlanıb.

Avstraliyada qocalar evində qalan Clare Nowland əlində bıçaqla bayıra çıxdıqdan sonra polis hadisə yerinə gələrək yaşlı qadını səs tapançası ilə iki dəfə güllələyib. Gicəlləndirici tapançadan çıxan elektrik cərəyanının təsiri ilə yerə yıxılan Nowlandın kəllə sümüyündə çat yaranıb və xəstəxananın reanimasiya şöbəsində müalicə olunmağa başlayıb. Çəkisi 45 kiloqram olan Nowland-a qeyri-mütənasib güc tətbiq etməkdə günahlandırılan polis tənqid hədəfinə çevrilib və hadisə Avstraliyada ictimaiyyətin qəzəbinə səbəb olub.

Murad Şahməmmədov