Yaşlı kişini timsahlar 
diri-diri parçalayıblar

Yaşlı kişini timsahlar diri-diri parçalayıblar

31 May 2023 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşlı kişini timsahlar diri-diri parçalayıblar. Bu hadisə şahidləri çox pis şoka salıb. Yetmiş yaşlı kişi qəfil timsahların hücumuna məruz qalıb. Timsahlar kişini metrlərlə məsafə sürüyərək, diri-diri udublar. Adamın qışqırığını eşidənlər çarəsizcə baxmaqdan başqa bir şey edə bilməyiblər. Dəhşətli hadisə Kambocada açıq zooparkda baş verib. Yetmiş yaşlarında olan Luan Nam adlı kişi timsahlar tərəfindən qəfəslərə tərəf dartılıb və diri-diri parçalanıb. Yaşlı adamın qalıqları qəfəsdən çətinliklə çıxarılıb. Kişinin qışqıraraq köməyə çağırdığı ancaq heç kimin onu timsahların çənəsindən xilas edə bilmədiyi hadisə şahidləri tərəfindən çətinliklədə olsa belə izah edilib.

Murad Şahməmmədov