Faciə zamanı 12 nəfər həyatını itirdi

Faciə zamanı 12 nəfər həyatını itirdi

5 İyun 2023 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuelanın cənub-şərqində qızıl mədəninin çökməsi nəticəsində 12 nəfər ölüb. Venesuelanın Bolivar əyalətinin El Kallao şəhərində qızıl mədənində çökmə baş verib. Bölgədə təsirli olan şiddətli yağışın səbəb olduğu çökmədə 12 nəfər həyatını itirib. Bolivar Əyalətinin Vətəndaş Təhlükəsizliyi Naziri Edqar Kolina verdiyi açıqlamada, “Yağışlar nəticəsində mədəni su basıb və mədənçilərin boğulmasına səbəb olub” deyə bildirib və mədəndən 112 nəfərin isə sağ çıxdığını açıqlayıb. Açıqlamada qəzanın baş verdiyi qızıl mədəninin uzun müddət əvvəl möhürləndiyi və bağlandığı da bildirib. Yerli mətbuatda ölkədə uyğun olmayan şəraitə görə möhürlənmiş bir çox mədənlərin işçilərə yüksək maaş təklif edərək qeyri-qanuni işləməyə davam etdiyi xüsusi qeyd olunur.

Xatırladaq ki, 2021-ci ildə Venesuelanın El Kallao şəhərində eyni qızıl mədənində baş verən çökmə nəticəsində bir şaxtaçı həlak olmuşdu.

Murad Şahməmmədov