Avtomobil qəzası zamanı 10 nəfər ölüb, 25 nəfər yaralanıb

Avtomobil qəzası zamanı 10 nəfər ölüb, 25 nəfər yaralanıb

12 İyun 2023 13:39
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyada avtomobil qəzası qurbanlarına görə matəm elan olunub. Bazar günü axşam saatlarında Hunter Vadisinin üzümçülük massivindən toydan gələn qonaqları daşıyan avtobus aşıb. 10 nəfər ölüb, 25 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti çox ağır olaraq qalır. Sıx dumanda avtobus dairəvi yolda hərəkət edən zaman aşıb. Müstəntiqlər hələ faciənin səbəbləri barədə danışmırlar. Polislər isə avtobusun sürücüsünə qarşı ittiham irəli sürmək üçün kifayət qədər dəlil topladıqlarını söyləyiblər.

Murad Şahməmmədov