Yırtıcının hücumuna məruz qalaraq dünyasını dəyişdi
Xurqadada çimərlik yaxınlığında Rusiya vətəndaşı Vladimir Popovu öldürən köpəkbalığı mumiyalanaraq muzeyə bağışlanacaq. Yırtıcı köpəkbalığını hücum etdikdən sonra yerli balıqçılar tuta bilib. Yırtıcını alimlərə veriblər. Onlar balığı yararaq açıb tədqiq ediblər. Xarici mətbuatın məlumatına görə, mərhumun başı, sinəsi və əlləri köpəkbalığının mədəsindən çıxarılıb. Balıqçılar bədənin digər yarısını isə dənizdən götürüblər.
Hazırda köpəkbalığını mumiyalamaq üçün mütəxəssislər balzamlama işləri aparırlar. Prosedur başa çatdıqdan sonra yırtıcı balığın cəsədi Dəniz Elmləri İnstitutunun və Qırmızı Dəniz Qoruğunun muzeyinə təhvil veriləcək.
Xatırladaq ki, iyunun 8-də Xurqadada köpəkbalığının rusiyalı Vladimir Popova hücumu ilə bağlı faciə qeydə alınıb. Kişi suda üzürmüş, bundan sonra yırtıcının hücumuna məruz qalaraq suyun altında sürüklənib. Yanındakı qız dərhal cəld üzərək çölə çıxa bilib.
Xurqadada baş verən qəzadan sonra bütün yerli çimərliklər üzgüçülük üçün bağlanıb. Ərazidə iki gün ərzində çimmək qadağan edilib.
Murad Şahməmmədov






























































































