Çinin şimal-qərbində qaz balonunun partlaması nəticəsində 30-dan çox insan həlak olub
Çinin şimal-qərbindəki Yinchuan şəhər rayonunda restoranlardan birində maye qaz balonu partlayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Xinhua Agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Partlayış iyunun 21-də yerli vaxtla saat 20:40 radələrində Sinitsyan rayonundakı bir restoranda qaz sızması səbəbindən baş verib.
31 nəfər ölüb, daha yeddi nəfər yaralanıb, xəsarət alanlardan biri ağır vəziyyətdədir.
ÇXR Sədri Si Cinpin baş verənlərlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıb.
Digər xəbərlər































































































