Daha bir qayıq faciəsi yaşandı
Mərakeş və Kanar adaları arasında onlarla qaçqın boğularaq həlak olub. Reuters xəbər agentliyinin məlumatına görə Mərakeş və Kanar adaları arasında batan qaçqın qayığında 35 nəfər boğularaq ölüb. İspaniyanın iki xeyriyyə təşkilatı, “Walking Borders” və “Alarm Phone”, gəmidə 59 nəfərin olduğunu söyləyib. Onların sözlərinə görə, Mərakeşin rəhbərlik etdiyi xilasetmə əməliyyatı nəticəsində İspaniyanın Kanar adalarına gedərkən batan qayıqdan bir uşaq ölü olaraq, 24 nəfər isə salamat xilas edilə bilib.
Murad Şahməmmədov
Digər xəbərlər





























































































