Dəniz kənarında günəş vannası qəbul edən qadın vəhşi itin hücümuna məruz qalıb

Dəniz kənarında günəş vannası qəbul edən qadın vəhşi itin hücümuna məruz qalıb

24 İyun 2023 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Dəniz kənarında günəş vannası qəbul edən qadın çox çətin anlar yaşayıb. Belə ki, o vəhşi itin hücumuna məruz qalıb. Avstraliyanın Kqari çimərliyində günəş vannası qəbul edən fransız qadın vəhşi itin hücumuna məruz qalıb. Keçən həftə eyni yerdə 10 yaşlı qıza itlərin hücumdan sonra cavabdeh şəxslər xəbərdar olsalar da, yenə də oxşar hal təkrarlanıb. İt qadının ombasını dişləyib. Hadisə ilə bağlı sosial şəbəkələrdə paylaşılan videoda, günəş vannası qəbul edən qadına yaxınlaşan itin onu görən kimi, qaçmağa çalışan qadının ombasını dişlədiyi aydın görünür.

Bir müddət əvvəl həmin çimərlikdə itlər 10 yaşlı qıza hücum edərək onu suya salmağa çalışıblar. Həmin vaxt xilasedicilər itin birini öldürərək qızı xilas edə bimişdilər. Bu iki hadisədən sonra cavabdehlik daşıyan şəxslər vətəndaşlara ancaq diqqətli olmaları barədə xəbərdarlıqdan başqa bir şey deməyiblər.

Oxuməni.az