Dərnəgüldəki taxta bazarında baş vermiş yanğın nəzarət altına alınıb - VİDEO

Dərnəgüldəki taxta bazarında baş vermiş yanğın nəzarət altına alınıb - VİDEO

23 Noyabr 2023 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunda Dərnəgül şosesində yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsi hazırda davam etməkdədir.

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında səhər saatlarında yanğın baş vermişdir. Havanın küləkli olması yanğının geniş vüsət almasına səbəb olub. Hazırda əraziyə FHN-nin 10-dan artıq texnikası cəlb edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.

Hazırda əraziyə FHN-nin 10 texnikası cəlb edilib. Alovun qarşısı alınmağa çalışılır. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxuməni.az