Quldur qruplaşmasının hücumu nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb

Quldur qruplaşmasının hücumu nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb

27 Noyabr 2023 06:43
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Quadalupe şəhərində avtomobilə silahlı hücum olub. Hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Hücum quldur dəstələrinin qarşıdurması kimi qiymətləndirilir.

Meksikanın Oaxaka ştatında avtomobilə silahlı hücum nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Meksika mətbuatında yer alan xəbərlərə görə, ştatın Qvadalupe şəhərində naməlum silahlı şəxslər hərəkətdə olan avtomobilə pusqu qurublar. Hücum zamanı 9 nəfər hadisə yerində ölüb, biri qadın olmaqla 4 nəfər yaralanıb. Bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri sövq edilib və yaralılar xəstəxanaya aparılıb. Hücumla bağlı dövlət prokurorluğu araşdırmalara başlayıb. Hücuma səbəb kimi quldur qruplaşmalarının qarşıdurması göstərilir.

Oxuməni.az