Güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

Güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

30 Noyabr 2023 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Somalidə təxminən iki həftədir davam edən leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayının 101 nəfərə yüksəldiyi bildirilib. Somali prezidenti Həsən Şeyx Mahmud dövlət televiziyasına verdiyi açıqlamada leysan yağışı və daşqınları nəticəsində ölənlərin sayının artdığı barədə məlumat paylaşıb.

Daşqınlardan 2,5 milyon insanın zərər çəkdiyini bildirən Mahmud, 1,1 milyon insanın köç etmək məcburiyyətində qaldığını vurğulayıb.

Həsən Şeyx Mahmud qeyd edib ki, daşqınlar nəticəsində 4 min təsərrüfat heyvanı tələf olub, 140 min ev dağılıb.

Son illərin ən şiddətli quraqlığını yaşayan Somali və Keniya iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır.

Somalinin bəzi bölgələrində daşqınlar səbəbindən artıq "fövqəladə vəziyyət" elan edilib.

Oxuməni.az