Köpək balığı qadını ərinin gözü qarşısında parçaladı

Köpək balığı qadını ərinin gözü qarşısında parçaladı

7 Dekabr 2023 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Evləndikdən bir neçə gün sonra bal ayı üçün Baham adalarına gedən amerikalı cütlüyə dənizdə sörfinq edərkən köpək balığı hücum edib. Köpək balığının parçaladığı 44 yaşlı qadın ərinin gözü qarşısında ölüb.

Amerikalı 44 yaşlı Lauren Erickson əri Van Vart ilə birlikdə evləndikdən bir neçə gün sonra Baham adalarında istirahət edərkən köpək balığının hücumu nəticəsində həlak olub. Hücumun cütlüyün avarçəkən sörfinq edərkən baş verdiyi bildirilib. Qadının sağ ayağının tamamilə kəsildiyi, omba nahiyəsində ağır xəsarətlərin olduğu məlum olub.

Hadisə şahidlərinin dediyinə görə, cütlük avarçəkmə zamanı birdən qışqırmağa başlayıb. Kral Baham adaları polis qüvvələrinin serjantı Desiree Ferguson bildirib ki, saat 11:15-dən az sonra polisə amerikalı qadının köpək balığının hücumuna məruz qalması barədə məlumat daxil olub və polis dərhal tibb qrupları birlikdə hadisə yerinə gəlib.

Həkimlər ətrafdakı insanların köməyi ilə sahilə çıxardıqları qadını xilas edə bilməyib. Qadının sağ ayağının tamamilə kəsildiyi, omba nahiyəsində ağır xəsarətlərin olduğu aşkarlanıb. Xatırladaq ki, cütlük hücumdan bir neçə gün əvvəl evlənmişdi.

Oxuməni.az