Yaponiyada minlərlə balıq sahilə çıxdı

Yaponiyada minlərlə balıq sahilə çıxdı

8 Dekabr 2023 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın Hakodate şəhərində minlərlə balıq sahilə çıxıb. Ölən balıqların təxminən 1 kilometr əraziyə yayıldığı bildirilib.

Sakinlər səhər saatlarında sahilə çıxan ölü balıqları görərək, polisə xəbər veriblər və ölü balıqların təxminən 1 kilometr əraziyə yayıldığını bildiriblər. Balıqların niyə sahilə çıxdığı hələ məlum olmasa da, hazırda bölgədə araşdırma aparılır.

Balıqçılıq dərnəyindən verilən açıqlamada bölgədə əvvəllər də oxşar hadisələrin yaşandığı, lakin bu qədər balığın sahilə çıxmasının nadir hal olduğu bildirilib.

Hokkaydo Universitetindən dəniz orqanizmləri üzrə dossenti Mitsuhiro Nakaya açıqlamasında Şərqi Hokkaydoda dəniz suyunun temperaturu azaldıqca balıqların Hokkaydonun şərqindən cənubuna köç edərkən, delfinlər və ya ton balıqları tərəfindən qovulmuş ola biləcəyini bildirib.

Oxuməni.az