Türkiyənin Bişkekdəki səfirliyi yaxınlığında avtomobilin partlaması terror aktı deyil

Türkiyənin Bişkekdəki səfirliyi yaxınlığında avtomobilin partlaması terror aktı deyil

13 Dekabr 2023 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Bişkekdəki səfirliyi yaxınlığında baş verən partlayışın terror aktı ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Qırğızıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarədən verilən məlumata görə, “Mazda Demio” markalı avtomobil Tınıstanova küçəsi ilə hərəkətdə olarkən tüstülənməyə başlayıb. Sürücü kabinəni tərk edib, bundan sonra avtomobil yanıb.

Yanğınsöndürənlər gələnə qədər hadisə şahidləri yanğını söndürməyə kömək ediblər. Hadisə nəticəsində avtomobil tamamilə yanıb. Ölən və yaralananlar olmayıb.

Qeyd edək ki, daha əvvəl hadisə şahidləri bir neçə partlayış səsi eşitdiklərini, daha sonra avtomobilin alovlandığını bildirmişdilər.

Oxuməni.az