Tacikistanda zəlzələ nəticəsində 100-ə yaxın ev dağılıb

Tacikistanda zəlzələ nəticəsində 100-ə yaxın ev dağılıb

14 Aprel 11:08
Bəyəndim (3) Bəyənmədim (0)


Aprelin 13-də ölkədə baş verən və bir uşağın ölümü ilə nəticələnən zəlzələ nəticəsində Tacikistanın iki rayonunda 100-ə yaxın yaşayış binası dağılıb, daha bir neçə onlarla binaya ziyan dəyib.
Bu barədə “TASS”-a respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, ilkin məlumatlara görə, Rəşt rayonunun 5 kəndində 40 yaşayış binası tamamilə dağılıb, 5 yaşayış binası, 3 çayxana və 1 yardımçı məktəb binası qismən dağılıb. Bundan başqa, Uşturpast kəndində üç yaşlı uşaq evin divarına sıxılaraq ölüb. Onun ölümü barədə daha əvvəl Fövqəladə Hallar Komitəsi məlumat vermişdi.
“Ümumilikdə, Tacikabad rayonunda ilkin məlumatlara görə, 54 yaşayış binası tamamilə dağılıb, 45 binaya qismən ziyan dəyib, 61 yaşayış binası və orta təhsil müəssisəsinin 2 korpusu cüzi ziyan görüb, 196 yardımçı binaya tam ziyan dəyib, 3 çayxana və 1 tibb müəssisəsinə qismən ziyan dəyib”.
Almaz Həsənli