Balakəndə ölümlə nəticələnən qəza baş verib

Balakəndə ölümlə nəticələnən qəza baş verib

19 Avqust 2020 16:09
Bəyəndim (1) Bəyənmədim (0)

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsi ərazisində rayon sakinləri İ.Abduyevin idarə etdiyi “VAZ-21099” və Ö.Əlibəyevin idarə etdiyi “VAZ-21014” markalı avtomobillər toqquşub. Nəticədə İ.Abduyevin avtomobilində olan sərnişin Həvva Məmmədova hadisə yerində ölüb.

Hadisə ilə bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxuməni.az