Malmö şəhərində aktivistlərin Quranı yandırması ucbatından iğtişaşlar başlayıb

Malmö şəhərində aktivistlərin Quranı yandırması ucbatından iğtişaşlar başlayıb

29 Avqust 2020 13:06
Bəyəndim (4) Bəyənmədim (0)

İsveçin Malmö şəhərində aktivistlərin Quranı yandırması ucbatından iğtişaşlar başlayıb.

Oxuməni.az xəbər verir ki, bu məlumatı İsveçin SVT televiziyası yayıb. İğtişaşların dünən axşam saatlarında baş verdiyi bildirilib.

İnsident zamanı petardlar partladılıb, avtomobil şinləri yandırılıb, polisə hücum edilib. İğtişaşlar nəticəsində 20 nəfər saxlanılıb.

Qeyd edək ki, sağ ekstremist Sərt Kurs Partiyasının şəhərdə antiislam aksiyası keçirərək, Quranı yandırıb. Onların bu hərəkətlərini videoya çəkib yayması iğtişaşların başlanmasına səbəb olub.

Oxuməni.az