Rostov vilayətində yanğınlar zamanı bir nəfər ölüb

Rostov vilayətində yanğınlar zamanı bir nəfər ölüb

3 Sentyabr 2020 15:05
Bəyəndim (2) Bəyənmədim (0)

Rostov vilayətində baş vermiş təbii yanğınlar nəticəsində 46 nəfər (Krasnosulu rayonunda 32 nəfər və Kamenski rayonunda 14 nəfər) xəsarət alıb.

Oxuməni.-az ria.ru-ya istinadən xəbər verir ki, yanğın zamanı 1935-ci il təvəllüdlü qadın həlak olub.

Xatırladaq ki, dünən, sentyabrın 2-də Rostov vilayətinin dörd rayonunda təbii yanğınlar baş verib. Saat 7:00-a olan məlumata görə, yanğınlar nəticəsində 64 tikili, o cümlədən 15 yaşayış evi zədələnib.

Oxuməni.az