Soçidə səkkiz uşaq və üç böyük şəxs  itkin düşüb

Soçidə səkkiz uşaq və üç böyük şəxs itkin düşüb

7 Sentyabr 2020 11:51
Bəyəndim (2) Bəyənmədim (0)

Soçidə üç böyük və səkkiz uşaqdan ibarət turizm qrupu yoxa çıxıb.

Oxuməni.az-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, qeydiyyatdan keçməyən 11 nəfərlik qrup sentyabrın 6-da səhər Esto-Sadok qəsəbəsindən Roza pik (hündürlüyü 2320 metr) rayonunda yerləşən göl istiqamətində yola çıxıb. İndiyə qədər turistlər geri qayıtmayıb, onlarla əlaqə yoxdur. Xilasedicilər axtarışlar aparırlar.

Turizm marşrutları və göllərin sahilləri araşdırılıb, lakin hələlik heç bir nəticə yoxdur. Çətinliklə gedilə bilən yerlərdə axtarış aparmaq üçün xüsusi öyrədilmiş itlərin, Atçılıq qruplarının, həmçinin helikopterin cəlb edilməsi planlaşdırılır.

Ümumilikdə axtarışda 64 nəfər iştirak edir.

Oxuməni.az