“Haishen” qasırğası Yaponiyada iki nəfərin ölümünə səbəb olub
Sentyabrın 7-dən 8-nə keçən gecə “Haishen” qasırğası nəticəsində Yaponiyada iki nəfər həyatını itirib, 100-dən çox xəsarət alan var. Daha dörd nəfərin itkin düşdüyü bildirilir.
Oxuməni.az xəbər verir ki, hazırda qasırğanın nəticələrinin aradan qaldırılması işləri davam edir. Bildirilir ki, “Haishen”in keçdiyi Kyuşü adasının cənub-qərbində və Hönşü adasında yerləşən Yamaquçi prefekturasında 77 minədək ev elektrik enerjisiz qalıb.
Qeyd edək ki, qasırğanın keçdiyi ərazilərdə ümumiyyətlə 440 mindən çox evə elektrik enerjisi verilişinin kəsildiyi bildirilirdi.
Hazırda Kyuşü adasında dəmir yolu nəqliyyatının hərəkətinin tam bərpa edildiyi, sürətli avtomagistrallardakı sədlərin götürüldüyü qeyd olunur.
Oxuməni.az
Digər xəbərlər






































.jpg)
.jpg)






.jpg)





















.jpg)

























