Deputatın şirkəti yolu bağladı, etiraz başladı
“Kristal Abşeron” şirkətinin Nizami rayonu ərazisində apardığı tikinti işləri sakinlərin etirazına səbəb olub.
Oxuməni.az “Yeni Sabah”a istinadən xəbər verir ki, şirkət Kamil Balakişiyev küçəsi, 42 ünvanında yaşayan sakinlərin yolunu bağlamağa çalışır. Buna səbəb isə şirkətin həmin binanın yanında tikdiyi çoxmərtəbəli bina olub.
Bu gün sakinlər şirkətin yolu bağlamasına etiraz olaraq aksiya keçiriblər. Onlar şikrətin sakinlərə əziyyət verdiyini, onların hüquqlarını pozduğunu bildiriblər: “Camaatın evinə gedən yola məhdudiyyət qoyublar, hazırda heç kim evinə gedə bilmir. Hadisə Nizami rayonunda, düz metronun yanında baş verir. Bina köhnədir və bunların səhlənkarlığı ucbatından binamız əsir.
Hamı bu dəqiqə burada dayanıb. Onlar yolu səbəbsiz bağlayıblar. Qanuna görə binalar arasında 12 metr məsafə olmalıdır. Amma bunlara niyə əməl olunmur, bilmirik.
25-ci polis bölməsinə müraciət etmişik, amma heç bir tədbir görmürlər. Əksinə qarşı tərəfi müdafiə edir, onlara köməklik göstərirlər. Biz insanları hələ bir hədələyirlər də...”.
Qeyd edək ki, “Kristal Abşeron” şirkəti deputat Ağalar Vəliyevə məxsusdur.
Oxuməni.az






































.jpg)
.jpg)






.jpg)





















.jpg)

























