Amerikanın 3 ştatında   meşə yanğınları nəticəsində altı nəfər həlak olub

Amerikanın 3 ştatında meşə yanğınları nəticəsində altı nəfər həlak olub

10 Sentyabr 2020 08:45
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya, Oreqon və Vaşinqton ştatlarında meşə yanğınları nəticəsində ən azı altı nəfər həlak olub.

Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, yanğınlar nəticəsində Vaşinqton ştatında bir uşaq yanaraq ölüb. Oreqonda isə yanğınlar bir oğlan və onun nənəsinin həyatına son qoyub, Kaliforniyada isə yanaraq ölən üç nəfərin qalıqları aşkar edilib.

Onu da deyək ki, ABŞ-ın üç ştatında təxminən 100 böyük yanğın qeydə alınıb.

Sentyabrın 7-də Kaliforniya qubernatoru Gavin Nyusom təbii yanğınlar səbəbiylə ştatın 5 dairəsində fövqəladə vəziyyət rejimi elan edib.

Oxuməni.az.