Gürcüstanda trotuarda inşa edilən ev  sosial şəbəkələrin istifadəçilərini qəzəbləndirdi

Gürcüstanda trotuarda inşa edilən ev sosial şəbəkələrin istifadəçilərini qəzəbləndirdi

10 Sentyabr 2020 14:48
Bəyəndim (5) Bəyənmədim (0)

Gürcüstanın Batumi şəhərində bələdiyyə Müfəttişliyi şəhər kənarında tikinti işlərinin həll olunmaması faktı ilə bağlı araşdırmalara başlayıb. Orada yolun hərəkət hissəsində trotuarda tikilmiş bina böyük qalmaqala səbəb olub.

Oxuməni.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, ev trotuarda inşa edilib və nəticədə yolun bir hissəsində gediş-gəliş çətinləşib.

Sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasından sonra şəhər hakimiyyət orqanları qeyri-qanuni tikinti ilə maraqlanaraq evin sökülməsi barədə qərar qəbul ediblər. Trotuarda qeyri-qanuni ev inşa edənlər həm də böyük həcmdə cərimələniblər.

M.Rüfət

Oxuməni.az