Çində güclü partlayış baş verib

Çində güclü partlayış baş verib

11 Sentyabr 2020 10:56
Bəyəndim (1) Bəyənmədim (0)

Cümə günü Cənubi Çin şəhəri olan Zhuhai (Guangdong əyaləti) yaxınlığında güclü partlayış baş verib.

Oxuməni az-ın Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı üç nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla saat 09:00 radələrində ( Bakı vaxtı ilə saat 05:00-da ) baş verib. Telekanalın məlumatına görə, iki nəfər yüngül xəsarət alıb, bir nəfərin isə bədəninin müxtəlif hissələri yanıb. Hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir.

Partlayış nəticəsində yaxınlıqdakı yaşayış evləri, ticarət dükanları və mağazalar zədələnib. Hadisə yerində 11 yanğınsöndürmə maşını işləyir, axtarış-xilasetmə əməliyyatı aparılır.

Oxuməni.az