Kemerovo bölgəsindəki "Çertinskaya-Koksovaya" şaxtasında uçqun baş verib

Kemerovo bölgəsindəki "Çertinskaya-Koksovaya" şaxtasında uçqun baş verib

14 Sentyabr 2020 10:15
Bəyəndim (1) Bəyənmədim (0)

Bazar ertəsi səhər Kemerovo bölgəsindəki "Çertinskaya-Koksovaya" mədənində uçqun baş verib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi məlumata görə, şaxtadan 87 nəfər təxliyə edilib, bir nəfər həlak olub, daha birinin taleyi isə məlum deyil.

"Çertinskaya-Koksovaya" şaxtasının damında çökmə baş verib. Hadisə zamanı şaxtada 95 nəfər olub, onlardan 87 nəfəri təxliyə edilib, altı nəfər isə hələlik şaxta qalmaqda davam edir. Hadisə nəticəsində, bir mədən işçisi həlak olub, bir nəfərin taleyi məlum deyil", - deyə agentliyə hadisə yerindən bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin Kemerovo bölgəsi üzrə mətbuat xidmətindən isə bildirilib ki, hadisə yerində xilasetmə işlərinə 31 nəfər və 7 ədəd texnika cəlb olunub.

Oxuməni.az