Çeçenistanda OMON və SOBR əməkdaşları arasında atışma baş verib

Çeçenistanda OMON və SOBR əməkdaşları arasında atışma baş verib

27 Oktyabr 2020 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistanın Açxoy-Martan kəndində yerləşən kafenin yaxınlığında OMON və SOBR əməkdaşları arasında atışma baş verib.

Oxuməni.az kommersant.ru-ya istinadən xəbər verir ki, atışma nəticəsində iki nəfər həlak olub, üç nəfər isə ağır yaralanıb:

"Çeçenistanın Açxoy-Martan kəndi yaxınlığında yerləşən kafedə SOBR və OMON əməkdaşları arasında atışma baş verib, nəticədə iki nəfər həlak olub. Həlak olanlardan biri Rosqvardiyanın əməkdaşı, digəri isə mülki şəxsdir. Hazırda zərərçəkənlərin sayı müəyyən edilir".

Baza Telegram kanalının məlumatına görə, OMON-un iki əməkdaşı sərxoş vəziyyətdə kafeyə gələrək hay-küy qaldırıblar. Kafenin sahibi onları küçəyə çıxarıaraq Rosqvradiyada xidmət edən tanışlarını köməyə çağırıb. Hadisə yerinə gələn 3 nəfər SOBR-açı ilə OMON-çular arasında mübahisə düşüb. Mübahisə nəticəsində tərəflər silaha əl atıblar və baş verən atışma iki nəfərin həyatına son qoyub.

Oxuməni.az