Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

12 Noyabr 2020 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 11-də saat 12 radələrində rayonun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini M.Muxtarov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı maneəyə vurduqdan sonra Qəzyan kənd sakini N.İsayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan sərnişinlər - Bakı şəhər sakini P.Mustafayev və Lənkəran rayon sakini Rəşad Həsənov xəstəxanaya yerləşdirilib, ağır vəziyyətdə olan Rəşad Həsənov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Rüfət