Xaçmaz rayonunda yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub

Xaçmaz rayonunda yağan güclü yağışlar ciddi fəsadlara səbəb olub

18 Noyabr 2020 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov report-a açıqlamasında bildirib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır: "Yağış 200-dən artıq evə və təsərrüfata ziyan vurub. Xaçmaz şəhərinin bəzi küçələrində sel suları evlərin zirzəmilərinə və alt mərtəbələrə dolub, həyətyanı sahələri su basıb. Artıq yüzdən artıq evin həyətindən sular xüsusi nasoslar vasitəsilə çəkilib".

Onun sözlərinə görə, güclü yağış rayon ərazisinin 80 faizində elektrik enerjisinin təhcizatında da fəsadlara səbəb olub: "Görülən tədbirlər nəticəsində artıq problemlərin bir hissəsi həll edilsə də, rayonun 30-dan çox kəndində (Qaraçı, Niyazoba, Hülövlü kəndləri istiqamətində) elektrik enerjisinin verilişi bərpa olunmayıb. Nabran istiqamətində olan yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi təmin olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir".

Oxuməni.az