Bakıda yanğın hadisəsi baş verib

Bakıda yanğın hadisəsi baş verib

19 Noyabr 2020 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yanğın hadisəsi baş verib.

Bu barədə Oxuməni.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxuməni.az