Xalq artisti Səfurə İbrahimova ölümdən xilas edilib

Xalq artisti Səfurə İbrahimova ölümdən xilas edilib

23 Noyabr 2020 09:25
Bəyəndim (1) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Oxuməni.az-a FHN-dən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Jurnalist Əli Novruzəliyev isə hadisənin təfərrüatını qeyd edib. O bildirib ki, xalq artisti Səfurə İbrahimovadan 2-3 gündür ki, xəbər yox idi.

Qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb. Şükür Allaha ki, başqa bir hal baş verməyib. Aktrisanın vəziyyəti indi yaxşıdır. Xalq artistinin tək yaşadığı bildirilir.

Səda