Azərbaycanda daha iki həkim koronovirusdan həyatını itirib

Azərbaycanda daha iki həkim koronovirusdan həyatını itirib

11 Dekabr 2020 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha iki həkim koronovirusdan həyatını itirib.

Oxuməni.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi (TƏBİB) məlumat yayıb.

“8 saylı Şəhər Poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərimizdən idi.

Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər”, - qurumun yaydığı məlumatda qeyd olunub.

Allah rəhmət eləsin

Oxuməni.az