Cəlilabadda  81 yaşlı qadın evdə yanaraq külə dönüb

Cəlilabadda 81 yaşlı qadın evdə yanaraq külə dönüb

14 Dekabr 2020 11:19
Bəyəndim (1) Bəyənmədim (0)

Cəlilabad rayonunda ümumi sahəsi 84 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb.

Oxuməni.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Hətəmova Nübar Ələkbər qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.