Abşeronda dəhşətli qəza: İki nəfər ağır xəsarət alıb

Abşeronda dəhşətli qəza: İki nəfər ağır xəsarət alıb

21 Dekabr 2020 08:43
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Oxuməni.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Aslanov Ruslan Abbasəli oğlu və 1998-ci il təvəllüdlü Tanrıverdiyev Ruslan Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Aslanova qapalı kəllə-beyin travması, sağ bud və sağ solun sınıqları, R.Tanrıverdiyevə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Oxuməni.az