Abşeron rayonunda  yol qəzası baş verib: Xəsarət alan var

Abşeron rayonunda yol qəzası baş verib: Xəsarət alan var

24 Dekabr 2020 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Oxuməni.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Hüseynov Rahil Bəxtiyar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxuməni.az