Xətaidə yolu keçən 36 yaşlı şəxsi avtomobil vurub

Xətaidə yolu keçən 36 yaşlı şəxsi avtomobil vurub

31 Dekabr 2020 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə paytaxt Bakıda daha bir piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxuməni.az-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1984-cü il təvəllüdlü Həsənov Orxan Aydın oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.