Bakıda qarajın içində “Mercedes” yandı

Bakıda qarajın içində “Mercedes” yandı

4 Yanvar 2021 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda ümumi sahəsi 25 m² olan qarajın içərisində “Mercedes” markalı minik avtomobili yanıb.

Oxuməni.az-a FHN-dən verilən məlumata görə, qaraj və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın hadisəsinin hansı səbəbdən baş verdiyi bilinmir.

Hadisə ilə bağlı araşdırma aparılır.