Xətai və Nərimanov rayonlarında yol-nəqliyyatı hadisələri baş verib

Xətai və Nərimanov rayonlarında yol-nəqliyyatı hadisələri baş verib

7 Yanvar 2021 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Xətai və Nərimanov rayonlarında yol-nəqliyyatı hadisələri baş verib.

Oxuməni.az-ın xəbərinə görə, Xətai rayonu, Qaçaq Nəbi küçəsində piyada yol keçərkən onu avtomobil vurub.

1961-ci il təvəllüdlü Xıdırova Fəridə Yaşar qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.

Oxşar hadisə Nərimanov rayonunda da baş verib. Ziya Bünyadov prospektində yerüstü piyada körpüsünün altından keçən 1962-ci il təvəllüdlü Heydərli Elxan Yaqub oğlunu minik avtomobili vurub.

Yaralıları xəstəxanaya yerləşdiriblər.

Oxuməni.az