Bakıda  itkin düşən 15 yaşlı yeniyetmə axtarılır

Bakıda itkin düşən 15 yaşlı yeniyetmə axtarılır

12 Yanvar 2021 09:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nizami rayonunda 15 yaşlı Məmmədov Elvin Elçin oğlu itkin düşüb.

Oxuməni.az xəbər verir ki, Bu barədə onun atası Elçin Məmmədov bildirib. O qeyd edib ki, Elvin Məmmədov yanvarın 11-də saat 17 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Yeniyetmə “Qara Qarayev” metrostansiyasının yaxınlığında itib. E.Məmmədovun əqli cəhətdən çatışmazlığı var. Onun eşitmə qabiliyyətində də problemlər mövcuddur.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Onu görənlərdən 070 997 53 52 telefon nömrəsinə zəng etmələri xahiş olunur.