Metaləritmə zavodunda baş verən partlayışda fəhlə ölüb

Metaləritmə zavodunda baş verən partlayışda fəhlə ölüb

12 Yanvar 2021 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlu işlədiyi yerdə həlak olub.

Oxuməni.az-a Qaradağ rayon prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulmuş isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxuməni.az