Qəzada 4 nəfər Rusiya hərbçisi öldü, 41 nəfər yaralandı
Moskva vilayətində yük avtomobilinin hərbi avtobuslarla toqquşması nəticəsində dörd hərbçi həlak olub.
Oxuməni.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, yük avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolla hərəkət edən beş hərbi avtobusla toqquşub. Nəticədə 4 hərbçi həlak olub, 41 nəfər yaralanıb.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb edilib.
Digər xəbərlər