Gürcüstanda azərbaycanlı qızı qaçıranları 7-10 il həbs cəzası gözləyir

Gürcüstanda azərbaycanlı qızı qaçıranları 7-10 il həbs cəzası gözləyir

12 Yanvar 2021 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın əsasən azərbaycanlıların yaşadığı Qardabani rayonunda yeniyetmə qızı qaçırmaqda ittiham olunan 4 nəfər saxlanılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib. İstintaq zamanı müəyyən olunub ki, Qardabaninin kəndlərindən birində 1997-ci il təvəllüdlü gənc anası və ona yaxın olan iki qadınla birgə 15 yaşlı qızı nikaha daxil olmaq məqsədi ilə qaçırıblar. Faktla bağlı cinayət işi açılıb və qızı qaçıranlar həbs edilib. Saxlanılan şəxsləri 7 ildən 10 ilədək həbs cəzası gözləyir.