Şuşada baş verən qəza nəticəsində bir hərbçimiz şəhid olub
Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya düşüb.
Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yanvarın 12-də baş verib. Nəticədə Beyləqan rayonun Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Həsən Hüseyn oğlu Yaqubov həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Digər xəbərlər